YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həştərxanda “Drujba” uşaq bağçasının şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib

İyulun 31-də Həştərxanda, “Meçta” (“Arzu”) uşaq kafesində Heydər Əliyev Fondunun təşkilatçılığı, Həştərxan vilayəti Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyi və Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan bölməsinin dəstəyi ilə çoxuşaqlı ailələrin övladları - Heydər Əliyev adına 11 nömrəli məktəbin nəzdində olan “Drujba” (“Dostluq”) yeni uşaq bağçasının şagirdləri üçün bayram şənliyi təşkil olunub.

Tədbirdə uşaqlar üçün həştərxanlı animatorların iştirakı ilə əyləncəli proqramlar təşkil edilib, həmçinin uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Qeyd edək ki, “Meçta” uşaq kafesi və “Drujba” uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən müxtəlif genişmiqyaslı layihələrdəndir. Bundan əlavə, Fond Heydər Əliyev adına 11 nömrəli məktəbə, “Drujba” uşaq bağçasına, “Meçta” uşaq şəhərciyinə daim qayğı göstərir.

Təşkil olunan tədbir yerli KİV-lərin marağına səbəb olub.

Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.A.Afanasyev tədbirdə iştirak edən jurnalistlərə Həştərxan vilayəti ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin cari və perspektiv vəziyyəti barədə məlumat verib.