YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukraynanın Dövlət Fiskal Xidməti sədrinin müavini: Heydər Əliyevin dediyi kimi, gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

Ukraynanın Dövlət Fiskal Xidməti sədrinin müavini Konstantin Likarçuk “Qolos Stolitsı” radiosuna müsahibəsində rəhbərlik etdiyi gömrük orqanlarının statusundan və fəaliyyət istiqamətlərindən danışarkən Azərbaycanda gömrük siyasəti və ümummilli lider Heydər Əliyevin bu sahəyə yüksək münasibətindən danışıb.

Ukrayna və Avropa gömrük orqanları arasındakı fərq barədə sualı cavablandırarkən Konstantin Likarçuk Azərbaycan gömrük xidmətinin nümayəndələri ilə görüşü zamanı maraqlı fikir öyrəndiyini diqqətə çatdırıb. "Azərbaycan gömrükçüləri ilə görüşdə öyrəndim ki, Azərbaycan Prezidenti olmuş Heydər Əliyev gömrüyün hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biri olduğunu deyib. Odur ki, dövlətin öz gömrüyünə bəslədiyi münasibət xeyli dərəcədə onun öz suverenliyinə bəslədiyi münasibətdən asılıdır", - deyə o qeyd edib. 

 

DİGƏR Xəbərlər Arxiv