YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələdə keçirilən kamera musiqisi konsertində Azərbaycan və alman bəstəkarlarının əsərləri səsləndirilib

Qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir. Səkkiz ölkədən bədii kollektivlərin, solistlərin və dirijorların iştirak etdikləri Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində səhnəyə dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da çıxırlar.

Tamaşaçılara unudulmaz musiqi bayramı həyəcanı yaşadan festivalın proqramına uyğun olaraq iyulun 28-də Heydər Əliyev Konqres Mərkəzində növbəti kamera musiqisi konserti keçirilib.

Əməkdar Artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılovanın (vokal), beynəlxalq müsabiqələr laureatı olan gənc musiqiçilər - Fərhad Qarayusiflinin (dirijor), Səidə Tağızadənin (piano), Aslan Aslanovun (piano), Kənan Mailovun (skripka), Asim Xəlilovun (violençel) iştirak etdikləri konsertdə tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Adilə Yusifovanın simli kvartet, fortepiano, soprano, qoboy və balaban üçün yazdığı “Xəyallarımdakı şəhər”, “7 çinar” və “Yaz mahnısı”, eləcə də məşhur alman bəstəkarı Yohanes Bramsın əsərləri səsləndirilib.

 

DİGƏR Xəbərlər Arxiv