YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

ABŞ dövlət katibi Con Kerri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını və hökumətini Prezident Barak Obama və ABŞ xalqı adından təbrik edirəm.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji daşıyıcılarının şaxələndirilməsi və regional təhlükəsizliyin təşviqi ilə bağlı öhdəliklərə sadiqdirlər. Biz Azərbaycana NATO-nun Əfqanıstanda sülhyaratma missiyasındakı tərəfdaşlığına görə xüsusi minnətdarlığımızı bildiririk.

ABŞ demokratik institutların möhkəmləndirilməsinə, açıq bazar iqtisadiyyatının təşviqinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Azərbaycan ilə əməkdaşlığa sadiqdir.

Siz bu əlamətdar bayramı qeyd etdiyiniz bir vaxtda ABŞ əlaqələrimizin inkişafına və Azərbaycan xalqının daha parlaq gələcəyinə inamını bir daha bəyan edir.