YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Janna Qandelmann: Qəbələ çox xoşuma gəldi və gələcəkdə bura turist kimi mütləq gələcəyəm

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ VII Beynəlxalq Musiqi Festivalında çıxış edən İsrailin məşhur violin ifaçısı Janna Qandelmann AZƏRTAC-a müsahibəsində bu festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirib. O qeyd edib ki, bu günlərdə Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar.

"Bizi bura dostumuz, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski dəvət edib. Bu festival haqqında əvvəllər bir az eşitmişdim, amma bu ilki tədbirin proqramından xəbərim yox idi. Festivalın bu qədər gözəl bir yerdə möhtəşəm təşkil ediləcəyinə inanmırdım. Mən burada məşhur pianoçu Fərhad Bədəlbəyli ilə birgə səhnəyə çıxdım və möhtəşəm kamera konserti verdik. Biz bacardığımızı etdik. İfamız tamaşaçıların o qədər xoşuna gəldi ki, onlar bizi ayaq üstə alqışladılar. Biz çox sevindik ki, musiqi bayramını izləyənlər üçün gözəl əhval-ruhiyyə bəxş edə bildik".

Bir çox beynəlxalq müsabiqələrin qalibi olan israilli musiqiçi Qəbələnin çox xoşuna gəldiyini, boş vaxtlarında mənzərəli yerləri gəzdiyini bildirib. "Xoş təəssüratlarla ölkəmizə qayıdırıq. Gələcəkdə konsertlə bağlı dəvət almasam da, buralara turist kimi mütləq gələcəyəm".