YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri Zakir Həsənov Fransa səfiri ilə hərbi-siyasi vəziyyəti müzakirə edib

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər hərbi sahədə uğurla inkişaf edən əlaqələri müzakirə edib və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Görüşdə iştirak edən Fransa Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Andre Evrar fəaliyyət müddətinin başa çatması ilə əlaqədar ölkəmizdəki xidməti dövründən və əməkdaşlıqdan məmnunluq ifadə edərək gələcəkdə də Azərbaycanın daim səmimi dostu olaraq qalacağını bildirib.