YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həmid Bağırov: Bu ilin birinci yarısında ölkədə 59,9 min yeni iş yerləri yaradılıb

Carı ilin altı ayı ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 26,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov bu ilin yanvar-iyun aylarında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

H.Bağırov qeyd edib ki, bu ilin yanvar-iyun aylarında əsas kapitala 7925,6 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilib. Onun sözlərinə görə, istifadə olunmuş vəsaitin 5096,2 milyon manatı və ya 64,3 faizi məhsul istehsalı obyektlərinin tikintisinə aid olub.

H.Bağırov bu ilin birinci yarısında ölkədə yaradılmış yeni iş yerlərinin sayının 59,9 minə, o cümlədən daimi iş yerlərinin sayının 48,8 minə çatdığını bildirib.

«Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 109,6 milyon ton yük və 900,2 milyon nəfər sərnişin daşınıb. Ötən ilin eyni dövrünə nisbətən yük daşınması 1,5 faiz, sərnişin daşınması 3,8 faiz artıb. Yük daşınması hava nəqliyyatı ilə 11,5 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,8 faiz, metro ilə 3,7 faiz, hava nəqliyyatı ilə 1,8 faiz artıb.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən bu ilin yanvar-may aylarında dövlət büdcəsinə 6,4 milyard manat vəsait daxil olub və büdcədən 7,3 milyard manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış 905,8 milyon manatlıq kəsir ümumi daxili məhsulun 4,2 faizinə bərabər olub. Büdcə xərclərinin 3,7 milyard manatı iqtisadiyyatın inkişafına, 817 milyon manatı sosial müdafiə və sosial təminata, 753 milyon manatı isə təhsilə və səhiyyəyə yönəldilib»- deyə, H.Bağırov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv