YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin 6 ayında Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş 52 nəfər hərbi qulluqçunun 56 nəfər ailə üzvünə Prezident təqaüdü təyin olunub

Cari ilin 01 iyul tarixinə respublikamızda Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 52 nəfər hərbi qulluqçunun 56 nəfər ailə üzvünə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir.

Qeyd olunan şəxslərə Prezident təqaüdünün təyin olunmasına Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli Fərmanına əsasən, cari ilin 1 yanvarından başlanılıb. Nazirlər Kabinetinin  2014-cü il 30 oktyabr tarixli 360 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən, müvafiq kateqoriyadan olan şəxslər həmin təqaüdün təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinə və ya Xidmətin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər. Müraciət edərkən təqdim edilməli olan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi internet saytının (mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər” alt-bölümündə yerləşdirilib.

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin olunan Prezident təqaüdünün aylıq məbləği 200 manatdır. Bu təqaüd onlar arasında  bərabər bölünməklə ödənilir.