YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri ABŞ dövlət katibi müavininin baş köməkçisi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavininin baş köməkçisi Riçard Hoqland ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nəqliyyat və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Riçard Hoqland ölkəsinin İpək Yolunun inkişaf etdirilməsi üzrə olan təşəbbüsləri dəstəklədiyini qeyd edib, Azərbaycanın bu istiqamətdə vacib rola malik olduğunu vurğulayıb. O, bu təşəbbüslərin həyata keçirilməsinin Avrasiya regionu boyunca sabitlik, çiçəklənmə və əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

Elmar Məmmədyarov qeyri-neft sektorunun inkişafı strategiyasının vacib elementi olaraq, Azərbaycan tərəfindən nəqliyyat infrastrukturunun imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb. Bu xüsusda, nazir Bakı-Tbilisi-Qars və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının kəsb etdiyi əhəmiyyəti qeyd edərək Azərbaycanın tarixi İpək Yolunun dəmir yolu, quru, dəniz, hava və hətta informasiya və kommunikasiya seqmentlərinin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.