YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minskdə MDB ekspertləri əmək, miqrasiya və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

İyulun 16-17-də Belarusun paytaxtında yerləşən MDB İcraiyyə Komitəsində Birliyə üzv dövlətlərin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasının (MŞ) yaradılması haqqında 1992-ci il 13 noyabr tarixli sazişdə və onun haqqında əsasnamədə dəyişikliklər edilməsi barədə protokol layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək..

Düzəlişlər edilməsi zərurəti Miqrasiya orqanlarının rəhbərləri şurasının yaradılması ilə bağlıdır. Əmək, miqrasiya və sosial müdafiə üzrə KŞ-nin funksiyalarının bir hissəsi həmin şuraya həvalə ediləcək. Bundan başqa, sənədlər MDB-nin sahə əməkdaşlıq orqanları haqqında 2009-cu ildə təsdiqlənmiş Ümumi əsasnaməyə uyğunlaşdırılmalıdır. Buna görə də dəyişikliklər həmçinin Şurada sədrlik, işin planlaşdırılması, təşkilat xarakterli məsələlərə aiddir.

Xatırladırıq ki, KŞ əmək münasibətləri və sosial tərəfdaşlıq, əməyin mühafizəsi, əmək miqrasiyası və məşğulluq, əhalinin sosial müdafiəsi və radiasiya təsirinə məruz qalmış vətəndaşların sağlamlığının qorunması problemlərinin həllində birgə fəaliyyət sahəsində razılaşdırılmış siyasətin formalaşdırılmasına kömək göstərmək üçün yaradılıb.

Şura onun səlahiyyətinə aid olan məsələlərə dair çoxtərəfli beynəlxalq müqavilələrin, kompleks proqramların və digər sənədlərin layihələrinin hazırlanması və müzakirə edilməsi ilə məşğul olur, sosial-əmək sahəsində model qanunların və tövsiyələrin layihələrinin yaradılmasında, əmək miqrasiyası, məşğulluq, əməyin mühafizəsi və əhalinin sosial müdafiəsi ilə bağlı məsələlərə baxılmasında iştirak edir, radiasiya təsirinə məruz qalmış şəxslərin statusunun müəyyənləşdirilməsi prinsiplərini və meyarlarını əsaslandırır və işləyib hazırlayır. Onun funksiyalarına həmçinin ümumi əmək bazarının, qarşılıqlı surətdə razılaşdırılmış sosial standartların və radiasiya təsirinə məruz qalmış vətəndaşların, habelə onların ailə üzvlərinin reabilitasiyasının və sağlamlığının qorunmasının baza səviyyələrinin formalaşdırılmasına dair metodiki mövqelərin və tövsiyələrin işlənib hazırlanmasında iştirak edilməsi, sosial-əmək sahəsində informasiya mübadiləsinin təşkili, kadrların ixtisasının artırılmasına kömək göstərilməsi daxildir.