YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Birinci Avropa Oyunları uğurla təşkil olundu və ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı

«Birinci Avropa Oyunları uğurla təşkil olundu və ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı». Bu fikri gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, idmançılarımızın qazandıqları nailiyyətlər bizi daha da sevindirdi. Onun sözlərinə görə, könüllülərin fəaliyyəti də yüksək qiymətə layiqdir.

«Onların yarışlar zamanı xidmətlərini ürəkdən alqışlayırıq. Həqiqətən onlar əcnəbilərə qonaqpərvərliyimizi və adət-ənənəmizi uğurla nümayiş etdirdilər. Hazırda ölkəmizdə peşəkar könüllülər mövcuddur. Gələcəkdə onlar yeni nəslə bu işin sirlərini öyrətməkdə yardımçı olacaqlar. Bizim könüllülərlə işbirliyimiz bundan sonra da davam edəcək. Belə ki, qarşıda bizi “Formula-1” Avropa Qran-pri yarışları, IV İslam Həmrəylik Oyunları, Şahmat Olimpiadası, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunları gözləyir. Həmin yarışlarda da biz könüllülərimizin əməyindən yararlanacağıq»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv