YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: İlk Avropa Oyunlarının bizə qoyduğu ən dəyərli miras insan kapitalıdır

Birinci Avropa Oyunlarının təşkilində könüllülərin də əhəmiyyətli oldu. Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, ilk Avropa Oyunları kimi mötəbər yarışın ölkəmiz üçün qoyduğu miras çox önəmlidir. Onun sözlərinə görə, “Bakı-2015”-in yüksək səviyyədə təşkilindən sonra Azərbaycan idman ölkəsi və üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirən dövlət kimi tanındı.

«Oyunların bizə qoyduğu ən dəyərli miras insan kapitalıdır. Yarışların təşkilinə cəlb olunan mütəxəssislərimiz, əsasən də gənclərimiz bu işə mühüm töhfə verdilər. Oyunlarda könüllülərin 14 mindən çoxu təhsil sistemindən qoşulmuşdu. Bu, bizi çox sevindirir. Bunu qürurverici hal kimi dəyərləndirirəm»- deyə, nazir vuruğlayıb.