YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyanın ilk özəl kosmodromunun inşası planlaşdırılır

Yeni Zelandiyada kommersiya peyklərinin buraxılışı üçün dünyanın ilk özəl kosmodromunun inşası planlaşdırılır.

"Rocket Lab" şirkəti Kraystçerç şəhəri yaxınlığında yeni start meydançasının istismarına bu ilin sonunda başlamağı planlaşdırır.

Şirkət nümayəndələrinin fikrincə, daimi meydançanın tikintisi peyklərin buraxılışının sayını artırmağa imkan verməklə onların son buraxılış qiymətini xeyli azaldacaq.

"Dövlət meydançalarından buraxılışların həyata keçirilməsi bir neçə milyard dollar vəsait tələb edir. Özəl kosmodromun mövcud olması buraxılış üçün xərcləri azaltmaqla yanaşı, kosmik layihələrlə məşğul olmaq istəyənlər üçün imkanlar yaradacaq", - deyə "Rocket Lab" şirkətinin icraçı direktoru Piter Bek bildirib.

Şirkət kosmodromdan ildə hər birinin dəyəri 5 milyon dollar olmaqla 100 buraxılış həyata keçirməyi planlaşdırır.