YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Minsk qrupunun nəticə baxımından öyünməyə heç bir əsası yoxdur

«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı passivlik müşahidə edilir. Münaqişənin həllinin uzanmasının başlıca günahkarı ATƏT-in Minsk qrupunun həmsədrləridir». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, ATƏT-in Mins qrupunun yaranması tarixdən bu günə qədər fəaliyyətinə qiymət versək, o zaman bu qurumun işini daha çox fəaliyyətsizlik kimi dəyərləndirmək olar. Onun sözlərinə görə, həmsədrlər bu günə qədər Azərbaycan və Ermənistan prezidentlərinin 50-yə yaxın görüşünü təşkil ediblər.

«Yəni bu görüşlərin keçirilməsinə baxmayaraq, ATƏT-in nəticə baxımından öyünməyə heç bir əsası yoxdur. Amma kəmiyyət baxımından ATƏT özündən məmnundur. Düzdür, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona çoxsaylı səfərlər edirlər, prezidentlər və xarici işlər nazirləri səviyyəsində görüşlər təşkil edirlər, amma Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəli sürdükləri bütün təklifləri Ermənistan faktiki olaraq rədd edir. Bunun cavabında ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana münasibətdə hansı addımı atıb və hansı kəsərli davranış nümayiş etdirib? Həmsədrlər işğalçı ölkəyə qarşı heç bir addımı atmayıb, iqtisadi, siyasi sanksiyaların tətbiq olunması təşəbbüsləri ilə çıxış etməyiblər. Bu da onların münaqişənin həllinə ikili yanaşma nümayiş etdirdiklərini göstərir»- deyə, politoloq qeyd edib.