YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

2015-ci ilin iyulun 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 11,03 faiz artıb. İyun ayı ərzində əlavə olaraq 617 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı  25 010 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,57 faizini (22 152 nəfər) kişilər, 11,43 faizini (2 858 nəfər)  isə qadınlar təşkil edir.
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları üzrə (12 886 nəfər) müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 739 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 446 nəfərə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (934), Çin Xalq Respublikası (811), Hindistan (773), Pakistan İslam Respublikası (507), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (496), Ukrayna (335), Banqladeş Xalq Respublikası (315), Özbəkistan (259),  Almaniya Federativ Respublikası (217), ABŞ (216), Filippin Respublikası (206), Türkmənistan Respublikası (197), Qazaxıstan Respublikası (185), Koreya (181),  İtaliya Respublikası (174) və s. ölkələr qərarlaşıb.
2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.