YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycanda mövcud media məkanı tamamilə sərbəstdir

«Biz medianı ölkəni gələcəyə aparan qüvvə kimi qorumalıyıq. Bu günlərdə ölkənin hər yerində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilir. O zaman “Əkinçi” qəzeti təsis olunmasaydı, bir sıra tarixi hadisələrin gerçəkləşməsi mümkün olmayacaqdı». Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, cəmi 2 il yaşamış bu qəzet Azərbaycan milli təfəkkürünün irəli aparılmasında böyük rol oynayıb. Onun sözlərinə görə, «Əkinçi» mətbuatın inkişafına və gələcəyinə, o zaman çətin dövr yaşayan Azərbaycanın taleyinə böyük təsir göstərib.

«Jurnalistika indi də mənəvi dəyərlərinə sadiq qalaraq cəmiyyətə xidmət edir. Məlumdur ki, dünyada müəyyən dairələr tərəfindən Azərbaycana qarşı əks təbliğat aparılır. Dünyada ikili standartlar yenə də mövcuddur. Azərbaycanda guya demokratiyanın olmaması, problemlərin olduğunu bəyan edən xarici KİV-lər öz problemlərini görmək iqtidarında deyillər. Amma Azərbaycanda ən kiçik problemi böyüdüb qabardırlar. Azərbaycanda mövcud media məkanı tamamilə sərbəst və açıqdır. İnternetə rahat daxil olub istənilən məlumatı əldə etmək mümkündür. İstənilən şəxs barədə məlumat əldə etmək olur. Mətbuat istənilən şəxs barədə istənilən mövzuda yaza bilir»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv