YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Ermənistan rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşü üçün imkan yaratmır

«Ermənistan rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşü üçün imkan yaratmır». Bu fikri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, hər iki icmanı təmsil edən dinc insanların görüşü sülh prosesinə töhfə verə bilər. Onun sözlərinə görə, Sarkisyan hakimiyyəti belə görüşlərin reallaşmasına maraqlı deyil.

«Sarokisyan rejiminin məqsədi münaqişəni mümkün qədər uzatmaqdan ibarətdir. Ancaq anlamırlar ki, belə vəziyyət onların özünə ziyandır. Ermənistanda baş verən son hadisələr də bunu təsdiqləyir»- deyə, B.Səfərov vurğulayıb.