YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Azərbaycan xarici siyasətində öz maraqlarına, beynəlxalq hüquqa və ədalətə əsaslanır

«Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı həm ölkədaxili, həm də regional və beynəlxalq məsələlərə yaxınlaşmaq baxımından prinsipial əhmiyyət kəsb edir». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, iclasdakı çıxışı zamanı Prezident İlham Əliyev dünyada olan ikili standartları kəskin tənqid etdi və Ermənistanın təcavüzkarlığına düzgün qiymət verilməsinin vacibliyini vurğuladı. Onun sözlərinə görə,  Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupu mandatı çərçivəsində beynəlxalq hüquqa uyğun hərəkət etməlidir.

«Prezident İlham Əliyev Azərbaycanın mövqeyini açıq, konkret və birmənalı olaraq bildirib. Bu mövqe beynəlxalq hüquq normalarından doğan prinsipə və ədalətə əsaslanır. Azərbaycanın xarici siyasətində riayət olunan konkret prinsiplər var. Həmin prinsiplər də Azərbaycanı nüfuzlu dövlətə çevirib. Azərbaycan xarici siyasətində tamamilə müstəqil dövlətdir və yalnız öz maraqlarına, beynəlxalq hüquqa və ədalətə əsaslanır»- deyə, M.Qasımlı qeyd edib.