YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycan gələcəkdə də qarşısına qoyduğu məqsəd və hədəflərə uğurla çatacaq

«17 gün ərzində davam edən Bakı 2015 Avropa Oyunları öncəliklə Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, həmçinin Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nümayiş etdirdiyi yüksək peşəkarlıq sayəsində uğurla başa çatdı». Bu fikirləri  Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, Bakıda keçirilən birinci Avropa Oyunları Azərbaycanın ciddi uğuru kimi qəbul olunmalıdır . Onun sözlərinə görə, I Avropa Oyunlarının Azərbaycanın  dünyada  daha da tanınması, tarix və mədəniyyətinin nümayiş etdirilməsi, eyni zamanda idman sahəsində əldə etdiyi nəticələr baxımından çox böyük əhəmiyyət kəsb edir.

«Əgər bu bir tərəfdən idman yarışı idisə, digər tərəfdən də ciddi ictimai-siyasi və beynəlxalq əhəmiyyətə malik bir tədbir idi. Çünki həm Avropadan, həm də dünyanın bir çox ölkələrindən birinci şəxslərin, rəsmi şəxslərin və çoxsaylı turistlərin gəlməsi Azərbaycana qarşı olan etimadın göstəricisi idi. Birinci Avropa Oyunları Azərbaycan üçün daha bir təcrübə və bundan sonrakı hədəflərə çatmaqda önəmli hadisədir. 2017-ci ildə ölkəmizdə keçirilməsi planlaşdırılan İslam Həmrəylik Oyunları Azərbaycanın həm də müsəlman ölkəsi olaraq tolerant və təhlükəsiz bir dövlət olduğunu ortaya qoymuş olur. İnanıram ki, bundan sonrakı hədəflərdə  Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi olacaqdır. Azərbaycan bundan əvvəl və indi olduğu kimi gələcəkdə də qarşısına qoyduğu məqsəd və hədəflərə uğurla çatacaq»- deyə, F.Muradov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv