YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Around The Rings”: Azərbaycan beynəlxalq idmanda böyük rol oynayacaq

Azərbaycan növbəti 10 ildə beynəlxalq idmanda böyük rol oynayacaq. Bu barədə “Aroun The Rings” (ATR) saytında yerləşdirlən məqalədə deyilir.

Məqalədə qeyd edilir ki, bazar günü Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi keçirilib.

ATR-ə müsahibəsində Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov I Avropa Oyunlarının idman sahəsinin inkişafı üçün təkan olduğunu qeyd edib.

Nazir həmçinin bildirib ki, tezliklə 2024-cü il yay Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı ərizənin təqdim edilməsi üçün hökumət əldə olunmuş təcrübəni qiymətləndirəcək.