YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya hökuməti Azərbaycanla imzalanmış investisiyaların müdafiəsi sazişini təsdiqləyib

Rusiya hökumətinin qanunvericilik fəaliyyəti üzrə komissiyası Azərbaycan və Rusiya arasında imzalanan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair hökumətlərarası sazişlə bağlı qanun layihəsini təsdiqləyib.

Bu barədə RF Nazirlər Kabinetinin saytında yayılan məlumatda deyilir.

Sənədə RF Nazirlər Kabinetinin iclasında baxılacaq.

Xatırladaq ki, Azərbaycan və Rusiya arasında imzalanan investisiyaların qarşılıqlı müdafiəsi və təşviqinə dair hökumətlərarası saziş 2014-cü il sentyabrın 29-da Həştərxanada imzalanıb.