YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan tarix yazdı

«Dünyanın idman tarixində ilk dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Avropa Oyunları iyunun 28-də Olimpiya Stadionunda möhtəşəm bağlanış mərasimi ilə başa çatdı. Açılış mərasimindən başlamış bağlanış mərasimnə qədər 17 gün ərzində dünyanın bütün qitələrində,hər yerdə yüz milyonlarla tamaşaçı əsl idman bayramının şahidi oldular». Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Oyunların bağlanış mərasimi də açılış mərasimi kimi möhtəşəm,təkrarolunmaz,hamını heyran qoyan bir formada keçirildi. Onun sözlərinə görə, əgər açılış mərasimi Azərbaycanın keçmiş tarixi, milli mənəvi dəyərlərini, mədəniyyətini əks etdirən kompozisyadan ibarət idisə,bağlanış mərasimi isə Azərbaycanın müasir dövrünü, dinamik inkişafını, gələcəyini əks etdirən orjinal, hələ uzun müddət yaddaşlardan silinməyəcək möhtəşəm bir tədbir kimi tarixdə qalacaq.

«Azərbaycan həm bu idman bayramının təşkilatçısı kimi, həm də idmançılarımızın 50 iştirakçı dövlət arasında əldə etdiyi möhtəşəm tarixi qələbə ilə dünyada özünü bir daha idman ölkəsi kimi təsdiq etdi. Avropa qitəsi ilə Asiya qitəsinin kəsişməsində yerləşən Azərbaycan bütün dünyaya xalqımızın sülh sevər, mehriban, qonaqpərvər, tolerant, yüksək mədəni-mənəvi dəyərlərə malik bir xalq olduğunu nümayiş etdirdi. Əldə olunmuş bu zəfərin arxasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illər dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi dayanır. Vaxtilə Ulu öndər Heydər Əliyev demişdi: «Gün gələcək Azərbaycan dünyaya günəş kimi parlayacaq» Artıq o gün gəlmişdir, Azərbaycan dünyaya günəş kimi parlamışdır»- deyə, R.Əliyev qeyd edib.