YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albert Frik: Azərbaycanda dinamik inkişafın, sabitliyin və qonaqpərvərliyin şahidi oldum

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Lixtenşteyn parlamentinin sədri Albert Frik ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, Elmar Məmmədyarov bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan ilə Lixtenşteyn arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli zəminin olduğunu diqqətə çatdırıb.

Albert Frik birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə, möhtəşəm açılış və bağlanış mərasimlərinə görə Azərbaycanı təbrik edib. Avropa Oyunlarının bütün iştirakçılarına, o cümlədən Lixtenşteyndən olan idmançılara yaradılmış yüksək şəraitə görə təşəkkürünü ifadə edən Albert Frik Azərbaycanda dinamik inkişafın, sabitliyin və qonaqpərvərliyin şahidi olduğunu qeyd edib.

Elmar Məmmədyarov birinci Avropa Oyunlarının Bakıda keçirilməsindən hər bir Azərbaycan vətəndaşının qürur hissi duyduğunu qeyd edərək Avropa Oyunları standartlarının Azərbaycanda müəyyən olunduğunu deyib.

Azərbaycanın enerji siyasəti və nəqliyyat, turizm, kənd təsərrüfatı kimi qeyri-neft sektorlarının inkişafı barədə məlumat verən nazir iki ölkənin işgüzar dairələri arasında biznes forumların keçirilməsinin və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ermənistanın Azərbaycana hərbi təcavüzü və bu ölkə tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə haqqında danışan Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bir daha təsbit olunduğunu və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb edildiyini diqqətə çatdırıb. Əlavə edib ki, məhz Ermənistanın yürütdüyü təcavüzkar və işğalçı siyasət nəticəsində region üçün təhdid olan bu münaqişənin həllində irəliləyişə nail olunmur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.