YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa portalında yayılan məqalədə Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrindən bəhs olunub

Fransanın “L”Orient le jour” portalında yayılan “Dinlərarası və mədəniyyətlərarası dialoq: gələcək çağırışlar və imkanlar” sərlövhəli məqalədə Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən bəhs olunub.

Antuan Messarranın müəllifi olduğu məqalədə Azərbaycanda artıq ənənəyə çevrilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan söhbət açılır. Bu ilin mayında Bakıda III Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsindən yüksək səviyyəli nümayəndələrin, beynəlxalq təşkilatların təmsilçilərinin, tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən bu Forumda olduqca vacib məsələlərin müzakirə edildiyi diqqətə çatdırılır.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılışında söylədiyi nitqdən mədəniyyətlərarası dialoqun təşviqinin, multikulturalizmin inkişafının, gənclərin vətənpərvərlik ruhunda böyüməsinin əhəmiyyəti ilə bağlı fikirlərə də yer verilir.

Mədəni irsə təhdidlərdən bəhs edən müəllif bu gün radikallaşmanın əsas səbəbinin gənclərin öz milli kökündən uzaqlaşmasında olduğunu bildirir. Buna görə də o, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində daha çox iş görülməsinin zəruriliyini qeyd edir.

DİGƏR Xəbərlər Arxiv