YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunları ilə əlaqədar keçirilən mükafatlandırılma mərasimində iştirak edib

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Əvvəlcə birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olundu.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Sonra mükafatlandırma mərasimi oldu.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Oyunların yüksək səviyyədə təşkilində fəal dəstəyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı oxundu.

Dövlətimizin başçısı “Heydər Əliyev” ordenini Mehriban Əliyevaya təqdim etdi.

Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdi.

Sonra birinci Avropa Oyunlarında Azərbaycan idmançılarının qələbələrindən, dövlətimizin başçısı tərəfindən qalib gələn atletlərimizə medalların təqdim olunması anlarından bəhs edən videoçarx nümayiş etdirildi.