YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarının bağlanış mərasimində çıxış edən ulduzlar sosial şəbəkələrdə təəssüratlarını bölüşüblər

Birinci Avropa Oyunlarının bağlanış mərasimində çıxış edən dünya şöhrətli ulduzlar şəxsi Twitter hesablarında təəssüratlarını bölüşüblər.

AZƏRTAC xəbər verir ki, elektronik rəqslərin prodüseri DJ Gareth Emery şəxsi Twitter hesabında “Bağlanış mərasimində iştirak etməkdən şərəf duyuram. Mərasim o qədər möhtəşəm və heyranedicidir ki, burada iştirak etmək məni kifayət qədər həyəcanlandırır, Bakı və bağlanış mərasimi valehedicidir!”, – deyə yazıb.

Dünya şöhrətli müğənni Con Nyuman isə “Bu gün həyatımın ən böyük, ən önəmli tədbirində - Avropa Oyunlarının bağlanış mərasimində iştirak edirəm” tvitini yazıb.