YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniya mətbuatı birinci Avropa Oyunlarının bağlanış mərasiminə geniş yer verib

İspaniya mətbuatı birinci Avropa Oyunlarının bağlanış mərasiminə geniş yer verib.

Bu ölkənin “produccion.notitarde.com” saytında yayılmış məqalədə bağlanış mərasimindəki çıxışlar yüksək qiymətləndirilib, səhnə tamaşaları “çox təsirli” adlandırılıb. Sayt Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bağlanış mərasimindəki çıxışına diqqəti yönəldərək onun bu Oyunların bütün gözləntiləri üstələdiyini söylədiyini qeyd edib.

Məqalədə Azərbaycanın bu miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özünü dünyada tanıtmaq istədiyi vurğulanıb. “Son məqsəd Olimpiya Oyunlarına ev sahibliyi hüququnu əldə etməkdir”, - deyə yazıda bildirilir.

Bağlanış mərasimindən gözəl görüntülərin yer aldığı məqalədə paralimpiyaçı İlham Zəkiyevin qələbəsinə də toxunulub və onun qələbəsini Silahlı Qüvvələr Günü Prezident İlham Əliyevə hədiyyə etdiyi xüsusi qeyd olunub. Məqalədə 2019-cu il Avropa Oyunlarına ev sahibliyi etmək üçün 3 ölkə ilə danışıqların aparıldığı barədə də məlumat verilib.