YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Lixaçev: Bakıdakı qələbədən sonra özümüzü Olimpiya çempionu kimi hiss edirik

Çox sevinirik. Təsəvvür edə bilməzsiniz ki, ilk Avropa Oyunlarında qızıl medal qazanmaq bizim üçün nə deməkdir. Çimərlik futbolunun nə vaxtsa Olimpiya Oyunlarının proqramına daxil ediləcəyini deyə bilmərəm, lakin “Bakı-2015” ilk Avropa Oyunları bizim üçün əsl olimpiada oldu. Özümüzü Olimpiya çempionları kimi hiss edirik.

“Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində çimərlik futbolu üzrə yarışların qalibi Rusiya yığmasının baş məşqçisi Mixail Lixaçev çempionluq təəssüratlarını bölüşərkən belə deyib.

Rusiyanın rsport.ru portalına müsahibəsində Mixail Lixaçev Bakıda çimərlik futbolu üzrə yarışların yüksək səviyyədə təşkilini və rəqabətin gərgin olduğunu qeyd edib.