YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015” birinci Avropa Oyunlarının bağlanış mərasimi Avropa mətbuatında

“Bakı-2015” birinci Avropa Oyunları iyunun 28-də möhtəşəm bağlanış mərasimi ilə başa çatdı.

Avropanın aparıcı media orqanları bağlanış mərasimini geniş işıqlandırıb.

“Sportsmax.tv” idman portalı bağlanış mərasiminin möhtəşəmliyini qeyd edərək Bakı Olimpiya Stadionunda keçirilən tədbirə dünya şöhrətli ulduzların da qatıldığını vurğulayır. Məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fikirləri də yer alıb: “Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Bu cür mükəmməl təşkil edilən yarışlardan sonra Avropa Oyunlarının çox uzun bir tarixə malik olacağı qətidir”.

Fransanın “ladepeche.fr” saytı birinci Avropa Oyunlarını xarakterizə edərək “Olimpiya Oyunlarının ideal surəti” ifadəsini işlədib. Sayt yazır ki, Bakı Oyunların təşkili ilə digər böyük idman tədbirlərinə də ev sahibliyi etməyə qadir olduğunu sübut etdi.

“Təşkilatçılıq çox gözəl idi. Bakı iki il yarım ərzində 68 min nəfərlik Olimpiya Stadionu tikməklə böyük şücaət göstərib. Medallarda da Olimpiya halqaları təsvir olunmuşdu. Oyunlarda 12 min könüllü yüksək peşəkarlıq nümayiş etdirib. Yollarda yalnız akkreditasiyalı avtomobillərin istifadəsi üçün xüsusi xətt çəkilmişdi”, - deyə məqalədə vurğulanır.

Məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də Bakıda keçirilmiş oyunlarla bağlı fikirləri yer alıb. AOK prezidenti Oyunların yüksək səviyyədə keçdiyini və Azərbayanın Olimpiya Oyunlarına iddialı olduğunu bildirib.

Məqalədə, həmçinin qeyd olunub ki, hələlik 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi məsələsi gündəmdə olmasa da, Azərbaycan 2016-cı ildə “Formula 1” yarışlarına, 2017-ci ildə İslam Həmrəylik Oyunlarına və 2020-ci il futbol üzrə Avropa çempionatının bəzi oyunlarına ev sahibliyi edəcək.