YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Abdullayev: Ermənistan müxtəlif bəhanələrlə status-kvonu möhkəmləndirməyə çalışır

«Vasitəçilik missiyasını həyata keçirən həmsədr, diplomat üçün tərəflərdən birinin rəğbətini, etimadını itirmək ən böyük diplomatik uğursuzluqdur. Vasitəçilik missiyasını həyata keçirən bir şəxs yalnız bir prinsipi öndə tutmalıdır. Təbii ki, bu da ədalətin bərpa olunmasına nail olmaqdır». Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. <br>

E.Abdullayev bildirib ki, Azərbaycan artıq öz mövqeyini həm ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm də rəsmi Yerevana çox aydın şəkildə təqdim edib. Onun sözlərinə görə, ölkəmiz 2009-cu ildə yenilənmiş Madrid prinsiplərində əks olunan sənədləri baza prinsipləri kimi qəbul edir. <br>

«Azərbaycan münaqişənin mərhələ əsasında həllinin tərəfdarıdır. Yəni, ilk mərhələdə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələri çıxarılmalıdır, ikinci mərhələdə kommunikasiyalar bərpa olunmalı və bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurd-yuvalarına qayıtmalıdır və s. Beləcə, ölkəmizin mövqeyi çox aydın və konkretdir. Burada başlıca problem rəsmi Yerevandadır. Çünki rəsmi Yerevan öz mövqeyini aydın şəkildə ortaya qoymur, müxtəlif bəhanələrlə status-kvonu, işğal faktını möhkəmləndirməyə çalışır. Amma buna baxmayaraq gec-tez Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunacaq»- deyə, E.Abdullayev vurğulayıb.