YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev qızıl medalı boksçu Teymur Məmmədova təqdim edib

İyunun 25-də birinci Avropa Oyunları çərçivəsində boks üzrə yarışlar keçirilib. Azərbaycan boksçularının uğurla çıxış etdiyi yarışlarda Teymur Məmmədov ölkəmizin aktivinə daha bir qızıl medal yazıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri idmançımızın final qarşılaşmasını izləyiblər.

Final mərhələsində kişilər arasında 81 kiloqram çəki dərəcəsində italiyalı Valentino Manfredonia ilə qarşılaşan Teymur Məmmədov rəqibinə 3:0 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının çempionu oldu. Buna qədər görüşdüyü rəqiblərinə heç bir şans verməyən London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi olan Teymur Məmmədov yarımfinalda rusiyalı Pavel Silyaginu 3:0 hesabı ilə məğlub edib.

Final görüşündən sonra mükafatlandırma mərasimi oldu.

Dövlətimizin başçısı İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Azərbaycanın dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.

Beləliklə, bu görüşdən sonra Azərbaycanın hesabında 15 qızıl, 11 gümüş və 17 bürünc medal var.