YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti Azərbaycana səfərə gəlib

Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti, Rio-de-Janeyro Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin inteqrasiya komitəsinin sədri Endrü Parsons “Bakı-2015” birinci Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların yarışlarını izləmək üçün iyunun 25-də Bakıya gəlib.

E.Parsons yarışları izləməklə yanaşı, bir sıra görüşlər də keçirəcək.

Onu İngiltərə Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Sensberi müşayiət edir.