YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçrəli basketbolçu Aleksiya Rol: Bakı bir başqa aləmdir

Bakıda keçirilən birinci Avropa Oyunları İsveçrə mətbuatının diqqət mərkəzindədir.

www.24heures.ch saytına müsahibə verən üzgüçü Simon Reykhof və basketbolçu Aleksiya Rol Bakıya olan heyranlıqlarını bildiriblər.

“Mən Bakıya Avropa Oyunlarından qabaq məşq etmək üçün gəlmişdim. Həyatımda heç vaxt belə bir yerə rast gəlməmişəm. Çoxnövlü idman tədbirində iştirak etmək gözəl hissdir”, - deyə üzgüçü Simon Reykhof bildirib.

Ötən həftə Bakıya gələn Aleksiya Rol da paytaxtımız haqqında ürək dolusu danışıb: “Bakı barədə çox eşitmişdim. Təyyarədən düşərkən məni nə gözlədiyini bilmirdim. Mən 2013-cü ildə Nitsa şəhərində keçirilən Frankofoniya Oyunlarında iştirak etmişdim. Lakin Bakı bir başqa aləmdir”.

Məqalədə, həmçinin Oyunların əsas sponsorlarından olan SOCAR-ın İsveçrədə də yaxşı tanındığı qeyd edilib.