YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anatoli Torkunov: Hər birimizin Azərbaycanda və Rusiyada çoxlu dostları var

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunov Bakıda Avropa Oyunlarının təşkilinə, Azərbaycanın idmançıları və qonaqları necə qəbul etdiyinə heyran qaldığını bildirib. Onun fikrincə, bu idman hadisəsi Azərbaycanın iri beynəlxalq tədbirləri təşkil etmək imkanını, bacarığını və məharətini bir daha vurğulayıb. MDBMİ-nin rektoru deyib: “Biz “Eurovision” müsabiqəsini yaxşı xatırlayırıq. O da böyük heyranlıq doğurmuşdu. Rusiya-Azərbaycan münasibətlərinin daha dinamik inkişaf etməsi üçün bütün şərtlər var və maraqlarımız üst-üstə düşür. Ən başlıcası isə vahid mədəni kodumuz var. Biz uzun illər bir yerdə yaşamışıq və özümüzü doğma insanlar kimi hiss edirik. Hər birimizin Azərbaycanda və Rusiyada çoxlu dostları var. Əminəm ki, münasibətlərimiz müvəffəqiyyətlə inkişaf edəcək”.

DİGƏR Xəbərlər Arxiv