YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edən dövlət başçısı İlham Əliyev ölkəmizin uğurlu iqtisadi inkişafını əsaslı şəkildə qeyd etdi.

Son 20 ildə ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda ixracın şaxələndirilməsi əsasdır. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır.

Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Azərbaycan sosial-iqtisadi göstəriciləri ilə daim beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Ölkəmizin infrastruktur layihələrinin uğurlu icrası istiqamətində atdığı addımlar, nəqliyyat imkanları Dünya İqtisadi Forumunun hesabatlarında xüsusi qeyd edilir. Cənab İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında da ölkəmizin bu mövqeyinə bir daha diqqəti yönəldərək qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin  Xəzərdəki qonşularımıza da təqdim olunub.

Dövlət başçısı onu da əlavə etdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Azərbaycan, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb.

Cənab İlham Əliyevin çıxışlarında daim işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə də diqqət yönəldilir. Diqqət yetirsək bu torpaqlarda bərpa işlərinə başlayarkən infrastruktur layihələrinin icrası prioritet məsələ kimi öndə saxlanıldı. Avtomobil, dəmir yolları çəkilir, Beynəlxalq Hava limanları inşa edilir. Bu, mühüm addım həmin ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılmasında, gələcəkdə malik olduqları iqtisdi imkanlardan səmərəli istifadədə də əhəmiyyətli rol oynayacaq. Qeyd edək ki, Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib istifadəyə verilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir.

Azərbaycanın malik olduğu iqtisadi imkanlar xarici siyasətinin əsas istiqamətləri kimi ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yeni prioritetlər üzrə inkişafında öz sözünü deyir. Dövlət başçısı İlham Əliyevin “Mən Avrasiya İqtisadi Birliyinin sammitində ilk dəfədir iştirak edirəm. Halbuki, biz Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşürük. Buna görə də, baxmayaraq mən ilk dəfədir qonaq qismində iştirak edirəm, lakin yəqin ki, burada qonaq deyiləm. Bu gün bizim ünsiyyət qurmaq imkanımız oldu, ünsiyyətimiz davam edəcək” fikirləri də bunun bariz nümunəsidir.

DİGƏR Xəbərlər Arxiv