YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: İlk Avropa Oyunları artıq ölkəmizə dividentlər gətirməkdədir

«İlk Avropa Oyunları artıq ölkəmizə dividentlər gətirməkdədir. Məhz bu tədbirin nəticəsidir ki, bütün dünya Azərbaycanı yaxından tanımağa və onunla maraqlanmağa başlayıb. Hamı gördü ki, Azərbaycan  gənc  dövlət olmasına baxmayaraq bu cür məsuliyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etmək gücündədir.  Avropalılar ölkəmizin stabil inkişafının və ictimai-siyasi sabitliyinin şahidi oldular. Bizim qədim  mədəniyyətimiz, dadlı mətbəximiz,  qonaqpərvərliyimiz,  millətindən və dinindən asılı olmayaraq hər kəsin dostluq və sülh şəraitində yaşaması, o cümlədən sivil və dünyəviliyimiz  ölkəmizi xaricilərə daha da sevdirdi və yaxınlaşdırdı. Bütün bunlar, əlbəttə, bizə Azərbaycanı şərqin və qərbin ən yaxşı nümunələrini özündə əks etdirən və Avropanın bir parçası olan müasir  bir  ölkə kimi təqdim etməyə imkan verdi». Bu fikirləri yap.org.az saytına Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, hazırda Bakıda olan qonaqlar və ya televiziya vasitəsilə oyunları xaricdən  seyd edənlərin böyük əksəriyyəti  Azərbaycanla bundan sonra da maraqlanacaq və buraya gəlmək istəyəcəklər. Onun sözlərinə görə, biz həm də unutmamalıyıq ki, ermənilər və onların havadarları ölkəmiz və xalqımız haqqında uzun müddət mənfi rəy yaratmağa çalışıblar və indi də bu çirkin işlərindən əl çəkmirlər.

«Bizim dünyanın müdafiə etdiyi Ermənistan kimi düşmənimiz və Dağlıq Qarabağ kimi problemimiz var. Ona görə də indiyə kimi əleyhimizə olan təbliğatın tam əksinə olaraq xalqımızın haqq etdiyi müsbət təqdimatı baxımından da bu  tədbirin əvəz olunmaz əhəmiyyətini də dediklərimə əlavə etmək istərdim. Təsadüfi deyik ki, təşkilat komitəsi açılış mərasimində  I Avropa Oyunlarının məşəlini stadiona gətirməyi iki dəfə paralimpiya oyunları çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyevə həvalə etdi, Qarabağ şikəstəsi və sarı gəlin xalq mahnısını səsləndirdi və bununla dünyaya incə və eyni zamanda açıq  şəkildə “Qarabağ” mesajı vermiş oldu.  Bunun isə xalqımızın birliyi və torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağımızı dünyaya bir daha anlatmaq baxımından çox mühüm əhəmiyyəti vardır.

Digər tərəfdən bu tədbirin Azərbaycana gələcək investisiyaların həcminin daha da artmasına, iqtisadiyyatın və xüsusilə turizmin inkişafına müsbət təsir edəcəyi də şəksizdir» - deyə, A.Quliyev vurğulayıb.