YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xetaq Qazyumov: Prezident İlham Əliyevin final görüşümü canlı izləməsi məni qürurlandırdı

Prezident İlham Əliyevin final görüşümü canlı izləməsi məni qürurlandırdı. Bu, olduqca çətin və məsuliyyətli görüş idi. Yarışın əvvəlində həyəcanlı idim. Öz evimdə, doğma azarkeşlər qarşısında uduzmaq mənim üçün çox çətin olardı. Buna görə də əlimdən gələni edib yarışdan qalibiyyətlə ayrıldım.

Bu sözləri jurnalistlərə müsahibəsində birinci Avropa Oyunlarında 97 kiloqram çəki dərəcəsində Azərbaycana qızıl medal qazandıran sərbəst güləşçi Xetaq Qazyumov deyib.

Güləşçimiz bildirib ki, yarımfinalda Rusiya idmançısı Abdusalam Qadisov üzərində çaldığı qələbə xüsusi önəm kəsb edib: “Ötən il Rusiya təmsilçisi məni məğlub etmişdi. Deməzdim ki bu görüş bir revanş xarakteri daşıyır. Bu dəfə mənim bəxtim gətirdi. Amma gələcəkdə də onunla görüşlərimiz olacaq”,- deyə ilk Avropa Oyunlarının qalibi bildirib.