YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarının çempionu Toğrul Əsgərov: Qələbəmi dövlətimə həsr edirəm

Qarşıdan gələn dünya çempionatının, həmçinin “Rio-2016” Olimpiya Oyunlarının da qalibi olacağıma inanıram. Mən özümü buna tamamilə hazır hiss edirəm. Mənim hələ yolum uzundur. On doqquz yaşımda Olimpiya çempionu olmuşam. Düzdür, iki il ardıcıl uğursuzluq oldu. Dizimdən əməliyyat oldum və demək olar ki, bir il yarışlardan kənarda qaldım. Sonra özümü yenidən hazırlamaq çətin oldu. İndi isə hər şey qaydasındadır.

Bu sözləri ilk Avropa Oyunlarının sərbəst güləş üzrə qızıl medalçısı Toğrul Əsgərov deyib.

Güləşçi qazandığı qələbəni ilk növbədə Azərbaycan dövlətinə həsr etdiyini vurğulayaraq deyib: “Mən qarşıma birinci Avropa Oyunlarında qalib gəlmək məqsədi qoymuşdum. Bu uğur mənə nəsib oldu və qızıl medalı Prezidentimiz İlham Əliyevdən qəbul etməyimlə qürur duyuram”.

Rəqibləri haqqında da fikir bildirən idmançı qeyd edib: “Finalda görüşdüyüm Frank Markez Çamizodan başqa rəqiblərimin hamısını əvvəldən tanıyırdım. Əsas odur ki, kim güclü idisə, o da qalib gəldi”.

 

 

DİGƏR Xəbərlər Arxiv