YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hollandiyalı atlet: Şərqlə Qərbin qovuşuğunda yerləşən Bakıda ilk Avropa Oyunlarında iştirak olduqca maraqlıdır

İlk Avropa Oyunlarının açılış mərasimini çox gözəl təşkil edən Azərbaycan inanıram ki, bağlanış mərasimində də izləyicilərə möhtəşəm sürprizlər bəxş edəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində hollandiyalı oxatan Rick Van Der Ven söyləyib.

İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkilindən danışan atlet deyib: “Qısa bir zamanda apardığım müşahidələr deməyə əsas verir ki, Azərbaycanda idmanın inkişafı dövlətin diqqət mərkəzindədir. Əgər belə olmasaydı Bakıda, bu qədər bir-birindən müasir idman arenaları olmazdı. Sizin idmançılar çox xoşbəxtdir ki, onların yarışlarını ölkə başçıları canlı olaraq arenalarda izləyir. Bu nəyinki onlara, həm də bizə böyük ruh yüksəkliyi verir. İnanıram ki, Azərbaycan qarşıdakı onilliklərdə hələ çox uğurlara imza atacaq”

Yaradılan şəraitdən razılıqla danışan hollandiyalı idmançı bildirib ki, atletlər kəndi geniş və gözəldir. Burada özümüzü evimizdəki kimi hiss edirik. İnsanlarınızın səmimiyyətini və qonaqpərvərliyini çox bəyəndim. Şərqlə Qərbin qovuşuğunda yerləşən Bakıda ilk Avropa Oyunlarında iştirak olduqca maraqlıdır. Ümid edirəm ki, bu sevincimi qələbəmlə daha da artıracağam".