YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Xalid Usman Qayser: Azərbaycan-Pakistan əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın ölkəmizdəki səfiri Xalid Usman Qayser ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan və Pakistan arasında münasibətlərin inkişaf dinamikasından məmnunluğunu ifadə edərək bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşməsində önəmli rol oynadığını qeyd edib. Nazir, həmçinin Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinə dəyişməz dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Səfir Xalid Usman Qayser iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirərək siyasi müstəvidə qarşılıqlı dəstəyin münasibətlərin xarakterində vacib amil olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.