YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyanın “Berlinertageszeitung” qəzetində birinci Avropa Oyunlarına qarşı aparılan qarayaxma kampaniyası tənqid olunub

Almaniyanın nüfuzlu “Berlinertageszeitung” qəzetində Azərbaycan və ilk Avropa Oyunları barədə məqalə dərc olunub.

“Berlinertageszeitung” qəzetinə istinadla xəbər verir ki, məqalədə alman mediasının ilk Avropa Oyunları ilə əlaqədar Azərbaycana qarşı əsassız hücumları kəskin tənqid olunub. Yazıda bildirilir ki, son həftələr Almaniya KİV-lərində qitənin tarixində ilk böyük idman hadisəsi olan birinci Avropa Oyunlarının keçirildiyi Azərbaycan ilə bağlı mənfi məqalələrin sayı çoxalıb. Yazıda deyilir: “Təəssüf ki, bu, alman mediasının tənqidindən çox, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasıdır. Halbuki, Azərbaycana qarşı insan haqları ilə bağlı ittihamların irəli sürülməsinə heç bir səbəb yoxdur. Azərbaycanın iqtisadi inkişafı və Avropa Oyunlarının aktuallığı fonunda ölkəyə qarşı qərəzli mövqedən çıxış etmə kimi məsələlərin meydana atılması da Oyunların əhəmiyyətinə öz təsirini göstərir. İlk Avropa Oyunlarını, ölkə haqqında reallıqları, onun sürətli iqtisadi inkişafı barədə xəbərləri dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırmaq məqsədilə bütün xarici jurnalistlər və eyni zamanda, alman jurnalistlər Azərbaycan Respublikasında akkreditə olunublar”.

Məqalədə Azərbaycana qarşı söz azadlığının boğulması ittihamlarının da əsassız olduğu xüsusi vurğulanıb. “Berlinertageszeitung” yazır: “Söz və informasiya azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunub. Ölkədə çoxsaylı radio və televiziya ilə yanaşı, Azərbaycan, rus və ingilis dillərində çap olunan yüzlərlə qəzet, həmçinin 50-dən çox xəbər agentliyi fəaliyyət göstərir. Bununla yanaşı, müxalifət qəzetləri olan “Yeni Müsavat” və “Azadlıq” gündəlik olaraq ölkədə ən böyük tirajla çap edilir. Əhalinin 70 faizi internet istifadəçisidir. İnternet resurslarına heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşmaq azadlığı təmin olunur. Azərbaycanda hər hansı icazəsiz nümayişlər dinc və insidentsiz başa çatır”.

Qəzet qeyd edir ki, Azərbaycanda heç bir şəxs jurnalistlik, yaxud siyasi fəaliyyətinə görə həbs olunmayıb.

“Azərbaycan Qərb demokratiyasında olduğu kimi, jurnalistlərə qanunvericiliyə əsasən toxunulmazlıq statusu verib. Bəzi blogger və jurnalistlərin iddia etdiyinin əksinə olaraq, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da hər hansı cinayət əməli cəzasız qalmır”, - deyə “Berlinertageszeitung” yazıb.

Azərbaycanın iqtisadi inkişafının da diqqətə çatdırıldığı yazıda deyilir: “Azərbaycan hökuməti əhalinin iqtisadi imkanlardan yararlanmasını yüksək dərəcədə təmin edir. Bu, neft və qaz hasilatından əldə olunan gəlirlərin bölüşdürülməsində də öz əksini tapıb. Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan dünyada iqtisadi rəqabətqabiliyyətliliyinə görə 40-cı pillədə qərarlaşıb. Bu ölkədə keçirilən ilk Avropa Oyunlarının idman tədbiri olaraq siyasiləşdirilməsi əsassızdır”.