YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mauro Nespoli: Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb

Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb. Kamandan oxatma yarışlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionunda lazımi şərait yaradılıb.

Bunu AZƏRTAC-a müsahibəsinə italiyalı oxatan Mauro Nespoli bildirib.

O deyib: "Atletlər Kəndində yaradılan şərait də çox yaxşıdır. Ümumiyyətlə təşkilatçılıqdan çox razıyam. Şəhəri gəzməyə vaxtım olmasa da, yol boyu gördüklərim məndə Bakı haqqında gözəl təəssürat doğurub. Bugünkü yarışın gedişindən də məmnunam. Ümid edirəm ki, bu Oyunlarda yüksək nəticə göstərib "RİO-2016"-da iştirak üçün reytinq xalı qazanacağam."

Qeyd edək ki, M.Nespoli ilk Avropa Oyunlarında 683 xalla kişilər arasında reytinq mərhələsinin birincisi olub. O, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında komanda hesabında birinci yeri tutub. Bu idman növündə Avropa rekordu da Mauro Nespoliyə məxsusdur: 72 atışa 689 xal.