YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: İlk Avropa Oyunlarında idmançılarımız uğurlu nəticələr göstərirlər

«İlk Avropa Oyunlarında idmançılarımız uğurlu nəticələr göstərirlər». Bu fikri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, Oyunların ilk günlərindən idmançılarımız yaxşı nəticələr əldə edirlər. Onun sözlərinə görə, bu, yarışlara yüksək səviyyədə hazırlığın göstəricisidir.

«Xüsusilə, ölkəmizdə idmanın inkişafına diqqətin artması idmançılarımızın uğurlarının əsasını təşkil edir. Çox sevindirici haldır ki, Azərbaycanda sağlam gənc nəsil yetişir. Bu gənclər idmanda qələbələr qazanaraq, Azərbaycanın bayrağını daim zirvələrə ucaldırlar»- deyə, A.Abiyev vurğulayıb.