YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan demokratiya yolunda inamla irəliləyir

«Almaniya Bundestaqının iyunun 12-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamə obyektivlikdən uzaqdır». Bu fikri  yap.org.az Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bu tipli qərəzli addımlar Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi dövründə atılır. Onun fikrincə, bütün bunlar təsadüfi deyil.

«Təbii ki, Azərbaycanın bu uğurunu həzm edə bilməyən xarici qüvvələr var. Bu qüvvələr erməni lobbisindən hər cür dəstək alır və ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Amma onların iddialarının heç bir əsası yoxdur. Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Ölkəmizdə demokratik təsisatların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının, o cümlədən ifadə və informasiya azadlığının möhkəmləndirilməsi, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini nümayiş etdirir. 2011-ci il dekabrın 27-də Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının və azadlıqlarının tam həcmdə qorunmasına nail olmaq iradəsini əyani nümayiş etdirir. Bu və digər amillər Azərbaycanın hüquqi, demokratik dövlət olduğunu bir daha təsdiqləyir»- deyə, YAP-ın şöbə müdiri vurğulayıb.