YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyanın “Badische Zeitung” qəzetində ilk Avropa Oyunlarını dəstəkləyən məqalə dərc edilib

Almaniyanın “Badische Zeitung” qəzetində ilk Avropa Oyunlarını dəstəkləyən “Şərh: dərhal pisləməyək” adlı məqalə dərc edilib. Məqalədə deyilir ki, avropalılar siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində birləşərək özlərini birgə əməkdaşlıq edən bir qitə kimi qavrayırlar. Lakin idman sahəsinə gəldikdə fikirlər ayrılır. İlk dəfə olaraq Azərbaycanda keçirilən Avropa Oyunlarını bütün qitə üçün ümumi bir töhfə kimi qəbul etmək əvəzinə bu tədbirlə bağlı bir çox aspektlərdən tənqidi yanaşma nümayiş etdirirlər.

Müəllif belə bir sual verir: Asiya Oyunları, Afrika Oyunları, Panamerika Oyunları, Okeaniya Oyunları və “Commonwealth” Oyunları olduğu halda nəyə görə Avropa Oyunları da keçirilməsin? Avropa Oyunlarına dəstək üçün yaxşı olardı ki, Avropanın bəzi idman federasiyaları öz səlahiyyətlərinin bir hissəsindən imtina edərək təmsil etdikləri idman növü üzrə keçirilən Avropa çempionatını Avropa Oyunları çərçivəsinə salsınlar. Necə ki güləşçilər və cüdoçular bunu edirlər.