YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı məşqçi: I Avropa Oyunlarının statusu Olimpiya Oyunları ilə müqayisə edilə bilər

I Avropa Oyunlarının statusu Olimpiya Oyunları ilə müqayisə edilə bilər. Bu barədə Trend-ə Rusiyanın su polosu üzrə komandasının məşqçisi Aleksandr Yerışov deyib.

Məşqçi komandasının Fransa millisi ilə oyununa şərh verərkən bildirib ki, növbəti oyun Monteneqroya qarşı keçiriləcək: “Əlbəttə, yaxşı əhval-ruhiyyədəyik. Bugünkü oyuna gəldikdə isə, düşünürəm ki, daha az qol buraxmalı idik. Komandanın qalib gəlməsi yaxşıdır, ancaq pis oynadıq. Komandanın çıxışından razı qalmadım. Yaxşı ki, bu indi oldu, çünki gələcəkdə bizi daha çətin oyunlar gözləyir”.

Xatırladaq ki, Rusiya-Fransa oyunu 14:6 hesabı ilə başa çatmışdı.