YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hindistanın xəbər portalı birinci Avropa Oyunlarının uğurlu təşkilindən yazır

Hindistanın ingilisdilli “Netindia 123” xəbər portalı ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilindən bəhs edən məqalə yayıb.

Məqalədə Azərbaycanın Xəzər dənizinin sahilində yerləşdiyi, öz qonaqpərvərliyi, mehriban insanları ilə seçilən ölkə olduğu bildirilir.

Məqalədə deyilir: “Azərbaycan birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edir. Eyni zamanda, azərbaycanlı idmançılar Oyunlarda uğurla çıxış edirlər.”

Müəllif məqalədə “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirlərinə də yer verib: “Biz möhtəşəm açılış mərasimini izlədik və bunun fonunda Oyunlar uğurla davam edir. Yarışlarda Azərbaycan idmançıları uğurlu çıxışları ilə yadda qalırlar. Ev sahibi kimi, bu, Azərbaycan üçün vacibdir. Bu uğur hər bir ölkənin həyatında vacib məsələdir”.