YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sinxron üzgüçülük üzrə komanda və duet yarışlarının qalibi Rusiya idmançıları olublar

İyunun 15-də - birinci Avropa Oyunlarının dördüncü günündə Bakı Su İdmanı Sarayında sinxron üzgüçülük üzrə ilk medalçılar müəyyənləşib. Həm komandaların, həm də duetlərin yarışında 12 ölkə təmsilçiləri medallar uğrunda yarışıblar.

Duetlərin mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə Rusiya təmsilçiləri Valeriya Filenkova və Dariya Kulaqina qalxıblar. Onların təqdim etdiyi kompozisiya 169.0568 balla qiymətləndirilib. Gümüş medala avstriyalı Anna-Mariya Alexandri və Eirini-Marina Aleksandri layiq görülüb. Bu duetin çıxışına 162.8395 bal verilib. Üçüncü yerə isə 161.6500 balla Ukrayna dueti Yana Nariyezna – Yelizaveta Yaxo çıxıb.

Sinxron üzgüçülük üzrə komandaların yarışında da birinci yerə Rusiya yığması (169.0992) çıxıb. İspaniya (162.0406) və Ukrayna (159.0860) komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutub.