YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Peskov: Azərbaycan və Rusiya prezidentlərinin Bakıdakı görüşündə Dağlıq Qarabağ münaqişənin nizamlanması məsələsinə toxunulub

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin Bakıdakı görüşündə Dağlıq Qarabağ münaqişənin nizamlanması məsələsinə toxunulub.

“Başlıca olaraq, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri müzakirə edilib. Bu münasibətlər çoxistiqamətli və genişdir. Bizim münasibətlərimizin bütün meyarları təfsilatı ilə müzakirə olunub. Dağlıq Qarabağ məsələsinə toxunulub”, - deyə RF Prezidentinin mətbuat katibi bildirib.