YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çinin “Xalq” qəzeti: Rusiya Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Çinin “Xalq” qəzeti Sinxua agentliyinə istinadla “Rusiya Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır” adlı məqalə dərc edib.

Məqalədə Rusiya ilə Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən ərzaq bazarında əməkdaşlığı genişləndirməkdə maraqlı olduqları qeyd edilir. Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə bu barədə müzakirələrin aparıldığı bildirilir. Rusiyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu diqqətə çatdırılır.

Məqalədə bildirilir ki, Prezident İlham Əliyev görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin dinamik inkişaf etdiyini, bunun da gələcəyə nikbin baxmağa imkan verdiyini qeyd edib. Azərbaycan dövlətinin başçısı vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq müsbət məcrada inkişaf edir.

Müəllif Rusiya Prezidentinin Azərbaycana birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün səfər etdiyini xatırladır.

 

DİGƏR Xəbərlər Arxiv